AZ

Premyer Liqa klubunda ciddi itki

“Lester Siti”nin qanalı futbolçusu Abdul Fatavu ciddi zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiv Kuper bildirib.

20 yaşlı vinger Qana millisinin heyətində Anqolaya qarşı matçda çarpaz bağlarından zədə alıb. Əməliyyat olunan yarımmüdafiəçi mövsümü vaxtından əvvəl başa vurub.

Fatavu geridə qalan 11 turun hamısında meydana çıxıb. O, cari mövsümdə iştirakçısı olduğu 13 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
25
futbolinfo.az

1Mənbələr