AZ

Sərhəd Qoşunları Komandanlığda xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədini 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir.

“Poliqon” xəbər verir ki, bunu “Şəmkir” sərhəd dəstəsində keçirilən brifinq zamanı Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov deyib.

General-leytenant A.Məmmədov Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələrinə toxunub: “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir”.

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığda xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirildiyini söyləyən A.Məmmədov bildirib ki, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrlarının hazırlanır, bununla yanaşı digər təyin olunmuş təlim-tədris mərkəzlərində kurslar təşkil olunur.

Seçilən
9
poliqon.az

1Mənbələr