Olaylar.az xəbər verir ki, bu barədə hökumətin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında məlumat verib.
O bildirib ki, ABŞ-nin yeni sanksiyalar siyahısına "Qazprombank" da daxil olsa da, bu bankın "Saxalin-2" və "Saxalin Enerji" ilə bağlı əməliyyatları sanksiyalardan azaddır.
"ABŞ-nin "Qazprombank" da daxil olmaqla maliyyə institutlarına qarşı elan etdiyi sanksiyalar haqqında məlumatlıyıq. ABŞ-nin açıqlamasına əsasən, "Qazprombank"ın "Saxalin-2" və "Saxalin Enerji" ilə bağlı əməliyyatları sanksiyalara daxil deyil. Buna görə də, hesab edirik ki, "Saxalin-2" layihəsinə təsir göstərilməyəcək," - deyə Yoşimasa Hayaşi vurğulayıb.
Hayaşi həmçinin əlavə edib ki, Yaponiya hökuməti sabit enerji təchizatını təmin etmək üçün bütün mümkün addımları atacaq.