AZ

Qvardiola “Mançester Siti” ilə müqaviləsini uzatdı


İngiltərənin “Mançester Siti” futbol klubu ispaniyalı baş məşqçi Pep Qvardiola ilə yeni müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssislə hazırkı müqavilə 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. Yeni müqavilə daha iki mövsüm üçün bağlanıb.
Qeyd edək ki, Qvardiolanın 53 yaşı var. O, 2016/17 mövsümünün əvvəlindən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb. 2023-cü ildə “Mançester Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.
Qvardiola bundan əvvəl İspaniyanın “Barselona”sına və Almaniyanın “Bavariya”sına rəhbərlik edib. “Barselona” ilə o, üç dəfə İspaniya çempionu, İspaniya kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatında iki dəfə qalib olub. “Bavariya” isə ispaniyalının rəhbərliyi altında üç dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunun, bir dəfə UEFA Superkubokunun və bir dəfə klublararası dünya çempionatının qalibi olub.
Bir oyunçu kimi Qvardiola “Barselona” ilə altı dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu və UEFA Superkubokunu, hərəyə bir dəfə Avropa Kubokunu və Kubok Qalibləri Kubokunu qazanıb.
O, 1992-ci ildə İspaniya millisinin tərkibində olimpiya çempionu olub.
Seçilən
26
31
yeniavaz.com

10Mənbələr