AZ

Türkiyə mətbuatı, 22 noyabr 2024

 

“Haber Türk”: Fidan “ABŞ-ın yeni administrasiyası ilə hədəfimiz konstruktiv dialoqdur" dedi

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan il boyu ABŞ hökumətilə görüşlərində terror təşkilatı PKK/YPG/SDQ və FETÖ-yə münasibətin hər fürsətdə əlaqələri zədələdiyini söyləyərək “Bizim məqsədimiz ABŞ-ın yeni administrasiyası ilə milli maraqlarımıza uyğun konstruktiv dialoq qurmaqdır” deyə bildirib.

“Sabah”: Fidan “BCM-nin Netanyahu haqqında həbs qərarı ədalətin bərqərar olacağına ümid verir" dedi

  Türkiyənin Xarici işlər naziri H.Fidan bunları söyləyib: "Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Gallant üçün çıxardığı həbs qərarı ədalətin bərqərar olması baxımından ümidvericidir".

“Hürriyet”: “Bayraktar TB2” silahsız PUA Xorvatiyanın səmasını qoruyacaq

  “Baykar” ilə Xorvatiya Müdafiə Nazirliyi arasında “Bayraktar TB2” PUA ixracını əhatə edən müqavilə imzalanıb. “Bayraktar TB2” Xorvatiya təhlükəsizlik qüvvələrinin inventarına girəcək və Xorvatiya səmasında uçacaq.

“Yeni Şafak”: Amerikadan “Oruç Reis”ə seysmik tələb

  Türkiyənin Somalidə enerji kəşfiyyatı səyləri bölgə ilə maraqlanan xarici şirkətləri də hərəkətə gətirib. Daha əvvəl Somalidən lisenziya almış ABŞ şirkəti “Oruç Reis” gəmisindən onlar üçün seysmik tədqiqat aparmasını istəyib.

“Star”: Türkiyənin böyük potensialı var

  Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin direktoru Françesko la Kamera Türkiyənin bərpa edilən enerjidə böyük potensiala malik olduğunu və geotermal enerjidə dünyanın mühüm bölgələrindən biri olduğunu bildirib.

 



Seçilən
7
trt.net.tr

1Mənbələr