AZ

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Əməkdar artist Gülzar Qurbanova yeni layihəsini açıqlayıb.

Kulis.az xəbər verir ki, aktrisa "Cənnət yusuxu" adlı filmdə rol alacaq. Ekran işinin ilk çəkiliş meydançasından video yayımlayan aktrisa filmin rejissorunun həyat yoldaşı Elxan Cəfərov olduğunu vurğulayıb.

""Cənnət yuxusu"nda gəzirik. Zərif səhər günəşinin şüaları altında ətirli, narıncı xurma ağacları səmaya uzanır, meşələr öz dilində pıçıldayır, qızılı yarpaqlar, yaş torpaq qoxusu sanki cənnət uzaqda deyil, içimizdə olduğunu xatırladırdı. Hər nəfəs dua kimi idi. Ətrafımızdakı hər şey, incə birlik ipləri ilə bağlanır, bizə daha böyük bir şeyin - Azərbaycan mədəniyyətinin bir parçası olduğumuzu xatırladırdı. Yəqin, xoşbəxtliyin sadə şeylərdə olduğunu başa düşmək budur" deyə, G.Qurbanova paylaşımında yazıb.

Seçilən
12
1
kulis.az

2Mənbələr