AZ

Türkmənistanda biyan kökündən dərman istehsalına başlanıldı

Yazını böyüt
Yazını kiçilt

Türkmənabad şəhərində qlikirriz turşusu istehsalı zavodu fəaliyyətə başlayıb.

Hafta.az-ın yazdığına görə, yeni müəssisə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin şöbəsi olan Buyan aqrar-sənaye kompleksinin bir hissəsidir.

Zavodun istehsal gücü ildə 4500 ton biyan kökü istehsal edir ki, ondan təqribən 390 ton xam qlikirriz turşusu əldə edilir.

Türkmən biyanının tərkibində çoxlu faydalı xüsusiyyətlərə malik olan glisirrizik turşu faizi yüksəkdir. Hansı ki, bu turşu herpes, Varicella-Zoster və sitomeqalovirus da daxil olmaqla müxtəlif viruslara qarşı aktivdir. Bundan əlavə, o antiinflamatuar, immunomodulyator və hepaprotektiv xüsusiyyətləri ilə tanınır ki, bu da qaraciyər xəstəliklərinin və allergik reaksiyaların müalicəsi üçün aktual edir.

İstehsal prosesi bir neçə mərhələdən ibarətdir. Kök əzmə qurğusuna daxil olur, sonra hər biri 200 kiloqram ekstrakt istehsal edən 54 ekstraktoru olan aparata keçir. Sonra ekstrakt qurudulur, toz halına salınır və 25 kiloqramlıq nəmə davamlı torbalarda qablaşdırılır.

Torbaların üzərindəki “Türkmənistanda istehsal olunub” yazısı bunun ekoloji cəhətdən təmiz məhsul olduğuna zəmanətdir.

Seçilən
11
hafta.az

1Mənbələr