AZ

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür

Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə “Ədliyyə işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

Ümummilli Liderimizin həyata keçirdiyi köklü islahatlar nəticəsində mühüm struktur kimi formalaşan Azərbaycan ədliyyəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizlə bərabər müasir inkişaf yolu keçərək təkmilləşib.

Bu gün Naftalanda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, Naftalan Şəhər İcra və probasiya şöbəsinin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Seçilən
21
naftalan-ih.gov.az

1Mənbələr