AZ

Ara məsafəsi saxlanılmamasının NƏTİCƏSİ - VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəqliyyat vasitəsini idarə edərkən ara məsafənin saxlanmaması barədə məlumat yayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Musavat.com-a bildirilib ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun:

"Bu qayda dəfələrlə sürücülərin diqqətinə çatdırılıb və onların maariflənməsi məqsədilə bir çox tədbirlər görülüb, ancaq təəssüflər olsun ki, göstərilən səbəbdən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Ölüm və xəsarətlə, yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalar yollarda nəqliyyatın hərəkətində ləngimələrə də səbəb olur".

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin maariflənməsi məqsədilə paytaxtın müxtəlif küçə və prospektlərində ara məsafəsinin saxlanılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələri ilə bağlı videoməlumatı təqdim edib.

Seçilən
16
25
musavat.com

10Mənbələr