AZ

“NATO-nun baş katibi Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə çağırmaq niyyətindədir” - KİV

NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyi və onu Ukrayna münaqişəsinin həllində Rusiyaya güzəştə getməməyə çağırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton post” qəzeti məlumat yayıb. 

Nəşr yazır ki, Rutte Ukrayna strategiyasını müzakirə etmək üçün Trampın Mar-a-Laqo iqamətgahına gələcək.

Qeyd edildiyi kimi, NATO-nun baş katibi böyük ehtimalla Trampa məlumat verəcək ki, Rusiyaya təslim olmaq ABŞ və Avropanın maraqlarına uyğun deyil.

Rutte amerikalı siyasətçiyə münaqişəni onun prezidentlik müddətinə təsir etməməsi üçün həll etməyi məsləhət görəcək.

Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr