EN

“NATO-nun baÅŸ katibi Trampı Ukrayna mÉ™sÉ™lÉ™sindÉ™ Rusiyaya güzəştÉ™ getmÉ™mÉ™yÉ™ çağırmaq niyyÉ™tindÉ™dir” - KÄ°V

NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyi və onu Ukrayna münaqişəsinin həllində Rusiyaya güzəştə getməməyə çağırmağı planlaşdırır.

Bizim.Media xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ ABÅž-ın “VaÅŸinqton post” qÉ™zeti mÉ™lumat yayıb. 

Nəşr yazır ki, Rutte Ukrayna strategiyasını müzakirə etmək üçün Trampın Mar-a-Laqo iqamətgahına gələcək.

Qeyd edildiyi kimi, NATO-nun baş katibi böyük ehtimalla Trampa məlumat verəcək ki, Rusiyaya təslim olmaq ABŞ və Avropanın maraqlarına uyğun deyil.

Rutte amerikalı siyasətçiyə münaqişəni onun prezidentlik müddətinə təsir etməməsi üçün həll etməyi məsləhət görəcək.

Bizim.Media

Chosen
12
bizim.media

1Sources