AZ

"Yəqin xoşbəxtliyin sadə şeylərdə olduğunu başa düşmək budur"

Əməkdar artist Gülzar Qurbanova "Cənnət yusuxu" adlı filmdə rol alacaq.Missiya.Az xəbər verir ki, ekran işinin ilk çəkiliş meydançasından video yayımlayan aktrisa filmin rejissorunun həyat yoldaşı Elxan Cəfərov olduğunu vurğulayıb."Cənnət yuxusu"nda gəzirik. Zərif səhər günəşinin şüaları altında ətirli, narıncı xurma ağacları səmaya uzanır, meşələr öz dilində pıçıldayır, qızılı yarpaqlar, yaş torpaq qoxusu sanki cənnət uzaqda deyil, içimizdə olduğunu xatırladırdı. Hər nəfəs dua kimi idi. Ətrafımızdakı hər şey, incə birlik ipləri ilə bağlanır, bizə daha böyük bir şeyin - Azərbaycan mədəniyyətinin bir parçası olduğumuzu xatırladırdı. Yəqin xoşbəxtliyin sadə şeylərdə olduğunu başa düşmək budur", -G. Qurbanova paylaşımında yazıb.

Aktrisa bir çox tamaşalarda uğurla çıxış edib, kinoda 20-dən çox obraz yaradıb. Zərintac MayisqızıMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr