AZ

Uşaqlığı çox ağır keçmiş DÜNYA ULDUZLARI (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzlarının qonorarı on milyonlarla dollar təşkil edir. Məşhur olanda həyatın bütün nemətlərindən istifadə edirlər. Ancaq uğura gedən yol həmişə asan olmur.

Hafta.az-ın yazdığına görə, gələcəyin məşhurları əksər hallarda uğur qazanmaq üçün çətin sınaqlar və maneələrlə üzləşirlər.

Kris Pratt

Aktyor Kris Prattın ailəsi atasının işi ilə əlaqədar davamlı olaraq yer dəyişib. Uzun illər sərgərdan gəzdikdən sonra onlar Sittl şəhərinin kənarında məskunlaşdılar. Lakin ailə başçısının təhlükəli skleroz xəstəliyinə tutulmasından sonra bütün qayğılar ananın çiyninə düşüb. Supermarketdəki cüzi maaş kifayət etməyib və tezliklə ailə sığınacaqlarını da itirib.

Ailə müvəqqəti olaraq kirayə mənzil tutub ki, Kris məktəbi bitirsin. Orta məktəbi bitirdikdən sonra o, kollecə getdi, lakin tezliklə oranı tərk etdi. Bir müddət qapı-qapı gəzib endirim kuponları satdı və bəxti gətirənə qədər ofisiant işlədi.

Skarlett Conson

Skarlett Conson ən yüksək maaş alan Hollivud ulduzlarından biridir. Bununla belə, aktrisanın uşaqlıq səmasında qara buludlar olub. Consonun Nyu-Yorkun ən prestijli və bahalı bölgəsi olan Manhettendə doğulub boya-başa çatmasına baxmayaraq, gələcək aktrisanın valideynləri çətinliklə dolanırdılar.

Skarlet müsahibələrinin birində təqaüdlə yaşadıqlarını bildirib. Ailədə dörd uşağı doyurmaq üçün valideynlər kasıb ailələr üçün nəzərdə tutulmuş kupondan istifadə ediblər.

Leyton Mister

Leyton Mister dünyaya "Gossip Girl" serialında Manhettendən olan varlı orta məktəb şagirdi Bleyr Ualdorf obrazı ilə tanınıb. Leyton uğur qazanmaq üçün çoxlu çətinliklərdən keçib. Çoxları aktrisanın həbsxanada doğulduğunu bilmir. O, ömrünün ilk aylarını nənəsinin himayəsində olana qədər məhkumlar üçün reabilitasiya mərkəzində keçirib.

Vudi Harrelson

Aktyorun 12 yaşı olanda atası həbsxanaya düşüb, 5 il orada qalıb. Amma azadlığa çıxandan bir neçə ildən sonra yenidən mühakimə olunub və ömrünün qalan hissəsini həbsxanada keçirib. Ailənin dolanışığı bütünlüklə ananın çiyninə düşüb. Buna görə də Vudi gənc yaşlarından işləməyə məcbur olub.

O, 9 yaşında pul qazanmağın yolunu tapıb. Gələcək aktyor qəzetləri nəşriyyatdan topdan alıb evlərə çatdırırdı. Lakin bu iş tez sıradan çıxdı. “Problem o idi ki, mən qəzetləri çatdırmağı yaxşı bacarırdım, amma müştərilərdən pul yığa bilmirdim” deyir aktyor.

Selin Dion

Böyük bir ailədə böyüyən Selin Dion 14 uşağın ən kiçiyi idi. Təbii ki, ailə tez-tez maddi çətinliklərlə üzləşirdi. Məsələn, müğənni qarderobun siyirməsində yatmalı olub, çünki evdə hamı üçün çarpayı yox idi.

Cim Kerri

Atası işini itirəndə Cim Kerri hələ gənc idi. Ev ala bilməyən ailə bir düşərgədən digərinə köçüb və çadırlarda yatmağa məcbur olub. Yeniyetmə ikən yoxsulluq ucbatından Cim valideynlərinə kömək edirdi, qapıçı və mühafizəçi işləyirdi.

Mila Kunis

Mila Kunis ukraynalı mühacir ailəsində böyüyüb. Qızın 7 yaşı olanda ailə ABŞ-a köçüb. Aktrisanın valideynləri sözün əsl mənasında həyata sıfırdan başlamalı oldular. Kunis deyib ki, onların maliyyə vəziyyəti o qədər ağır olub ki, bəzən ailənin şam yeməyində ketçup şorbası olurdu.

Castin Biber

Milyonlarla pərəstişkarının kumiri də uşaq ikən maddi sıxıntılı ailədə anası tərəfindən böyüdülüb. Siçanlarla dolu evdə yaşayıblar və hər yerdə siçan tələləri olub. “Mənim əsl yatağım olmayıb. Otağımda mavi rəngli qatlanan divanda yatırdım. Soyuducuda məktəb yeməyindən, makaron və pendirdən başqa heç nə yox idi" deyə müğənni xatırlayır.

Keyt Uinslet

“Titanik”in ulduzunun uşaqlığı da çətin keçib. Ailəni dolandırmaq üçün aktrisanın atası poçtalyon işləyib, hətta asfalt da çəkib. Uinslet ilk videomagnitofonunu cəmi 12 yaşında aldığını xatırlayır.

Billi Bob Tornton

Billi Bob Tornton Arkanzasda böyük bir ailədə böyüyüb. Onların ailəsi yoxsul idi və yeməkləri olmayıb. Aktyor gənc yaşlarından ailəsini dolandırmaq üçün çalışıb. Məktəbdə oxumaqla yanaşı, fabrikdə işləyir və yerli qruplarla çıxış edib.

Demi Mur

Demi Murun valideynləri o doğulmadan öncə boşanıblar. Gələcək aktrisa 3 aylıq olanda anası başqa kişiyə ərə gedib. Evdəki ab-hava çox pis idi. Ailə daim bir şəhərdən digərinə köçür, nəhayət Los-Ancelesdə məskunlaşır, burada Murun modellik, sonra isə kino karyerası başlayır.

Ceki Çan

Ceki Çan Honq-Konqda çinli qaçqın ailəsində anadan olub. Onun həyatı ayrıca bir filmə layiqdir. Aktyorun anası təcili qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirməli olub. Amma əməliyyatın dəyəri ailə üçün çox baha idi və gənc valideynlər uşağı 200 dollara ingilis həkimə satmağı belə düşünüblər.

Xoşbəxtlikdən yaxınları onları bu qərardan çəkindiriblər. Cütlük Fransa səfirliyində işə düzələndə ailənin maddi vəziyyəti bir az yaxşılaşıb. Gələcək aktyorun anası xadimə, atası isə aşpaz işləyirdi. Pul çatışmazlığından çətinliklə yaşayırdılar. Daha sonra valideynləri Cekini Pekin Opera internat məktəbinə göndəriblər, orada 10 il ərzində Ceki akrobatika, oxuma, döyüş sənəti və pantomima ilə məşğul olurdu.

Gələcək aktyor məktəbdə gələcək karyerasında ona kömək edəcək bacarıqlara yiyələnsə də, orada keçirdiyi illər çox çətin olduğundan hələ də o günləri xatırlamaq istəmir.

Seçilən
20
hafta.az

1Mənbələr