AZ

Nərimanovda YAP-ın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdən öncə ulu öndər Heydər Əliyevin YAP Nərimanov rayon təşkilatının inzibati binasında ucaldılmış büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söylədi. Elçin Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları Eldar İbrahimov, Hikmət Məmmədov və Samir Vəliyev çıxış edərək bildiriblər ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.Tədbirdə çıxış edən Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğunu qeyd ediblər.Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edildi, həmçinin, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.Tədbirin sonunda xatirə şəkli çəkilib.

Seçilən
27
4
sesqazeti.az

5Mənbələr