AZ

Saakaşvilinin Gürcüstan dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçiriləcək

Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçiriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclasda Mixail Saakaşvilinin qaldığı Vivamed klinikasından onlayn qoşulması gözlənilir.

Qeyd edək ki, Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb. Sözügedən iş çərçivəsində daha 4 nəfərə qarşı ittiham irəli sürülüb.

Seçilən
5
3
apa.az

4Mənbələr