AZ

2024-cü ilin ən yaxşı oyununu müəyyən ediblər

Noyabrın 22-də Londonda oyun sənayesinin ən nüfuzlu mükafatlarından biri olan “Golden Joystick Awards” Mükafatlarının təqdimetmə mərasimi baş tutub. Çin ekşını “Black Myth: Wukong” əsas mükafata – “İlin Oyunu”na layiq görüldü, bu barədə “Jemin Jibao” yazır.

Oyun sənayesindəki digər beynəlxalq mükafatlardan fərqli olaraq, “Golden Joystick Awards”ın əsas xüsusiyyətlərindən biri də mükafatların qeymerlərın (Oyunçuların) səsverməsinə əsaslanmasıdır.

Bundan əvvəl kompüter oyunları və e-idman sahəsində nailiyyətləri qeyd edən illik mərasim olan “The Game Awards 2024” rəsmi “Weibo” hesabı vasitəsilə mükafatlara namizədlərin siyahısını açıqlamışdı. “Black Myth: Wukong” dörd nominasiya üzrə iddialı idi: “İlin Oyunu”, “Ən Yaxşı Oyun Rejissorluğu”, “Ən Yaxşı ekşn-Oyun” və “Ən Yaxşı art –direkşn”.

"Final Fantasy VII Rebirth" "Ən yaxşı hekayə", "Ən yaxşı saundtrek", "Ən yaxşı baş rol ifaçısı" (Kodi Kristian - Klaud) və "Ən yaxşı ikinci plan aktyoru" (Briana Uayt - Ayris) kateqoriyalarında mükafatlar alıb.

"Helldivers 2", həmçinin "Ən yaxşı multiistifadəçi oyunu" adını qazanıb. "Ən yaxşı indi-oyun" kateqoriyasında "Balatro", "Ən yaxşı vizual dizayn" mükafatını isə "Black Myth: Wukong" qazanıb. İlin studiyası mükafatına "Astro Bot"un yaradıcıları "Asobi Team" layiq görülüb.

"Steam Deck OLED" ən yaxşı oyun cihazı kimi tanınıb.

Oyunçuların versiyasına görə, ən çox gözlənilən oyun "Grand Theft Auto VI" olub.

Almaz Həsənli

Seçilən
21
1
oxumeni.az

2Mənbələr