AZ

Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı ARADAN QALDIRDI

Qırğızıstan Prezidenti Sadır Japarov cari il aprelin 12-də Bakıda imzalanmış “Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin ratifikasiyası haqqında” Qırğız Respublikasının Qanununu imzalayıb. Qanun layihəsi Joqorku Keneş (Qırğızıstan parlamenti) tərəfindən 2024-cü il oktyabrın 23-də təsdiq edilib. 

Bizim.Media “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu Sazişin əsas məqsədləri bir dövlətin rezidentini digər tərəfdaş dövlətdə ayrı-seçkilik yaradan vergitutmadan qorumaq, vergidən yayınmanın və ya Sazişin müddəalarından sui-istifadənin qarşısını almaq və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı məlumat mübadiləsini həyata keçirməkdən ibarətdir. 
 

Saziş beynəlxalq ikiqat vergitutmanın hüquqi müstəvisində ortaya çıxan ümumi problemlərin və vəzifələrin həllində vahid formadır və Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında vergi qanunvericiliyi sahəsində münasibətlərdə vahid yanaşmanın işlənib hazırlanmasına imkan verir. 


“Kabar” yazır ki, bununla yanaşı, Saziş ikiqat vergitutmanın aradan qaldırılması və yalnız bir ölkədə vergitutma təminatının verilməsi ilə Azərbaycan şirkətlərinin Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymasına şərait yaradacaq. 

Bizim.Media

Seçilən
14
10
bizim.media

10Mənbələr