AZ

"Bu, İsrail rejiminin siyasi ölümündən xəbər verir" - SEPAH lideri



Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə order verməsi İsrail rejiminin siyasi ölümündən xəbər verir.

aia.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib.

"İsrail rejiminin hakimiyyət orqanlarının həbsinə dair qərar bu rejimin siyasi ölümünə işarədir. Dünya bu cinayətkar rejimin üzünə qapılarını bağladı", - deyə Salami bildirib.

Qeyd edək ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order verib.

aia.az



Seçilən
6
3
aia.az

4Mənbələr