AZ

Rusiya və Şimali Koreya arasında GİZLİ RAZILAŞMA

Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmələri üçün Şimali Koreya qoşunlarının göndərilməsi müqabilində KXDR-ə hava hücumundan müdafiə raketləri verib.

Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Cənubi Koreyanın müdafiə nazirinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya KXDR-ə yalnız raketlər deyil, həmçinin müxtəlif hərbi texnologiyalar verib. Bu texnologiyalar arasında etibarlı kosmik müşahidə sistemi yaratmaq üçün lazım olan avadanlıqlar da mövcuddur.

“BBC News” isə bildirir ki, 2024-cü ilin mart ayından başlayaraq Rusiya, sanksiyalara baxmayaraq, KXDR-ə bir milyon bareldən çox neft tədarük edib. Bu tədarük, ehtimal ki, Şimali Koreya əsgərlərinin göndərilməsinə görə ödənişin bir hissəsi kimi həyata keçirilib. Materialda vurğulanır ki, ilk qeydə alınan neft tədarükü 2024-cü il martın 7-də, KXDR-dən Rusiyaya döyüş sursatlarının göndərilməsi barədə ilk xəbərlərin yayılmasından 7 ay sonra baş verib.

Qeyd edək ki, BMT-nin tətbiq etdiyi sanksiyalara görə, Şimali Koreya ildə yalnız 500 min barel neft idxal edə bilər.

“Open Source Centre”in məlumatına əsasən, Şimali Koreya tankerinin 43 reysi izlənilib. Bu reyslərin hamısı trekerləri söndürülmüş vəziyyətdə Rusiyanın limanlarına daxil olub. Buna görə də bir milyon barel neft tədarükü yalnız ilkin qiymətləndirmədir.

Musavat.com

Seçilən
48
25
musavat.com

10Mənbələr