AZ

Azərbaycanın xaricə satdığı çayı kilosu 51 qəpik aşağı düşüb - YENİ RƏQƏMLƏR

2024-cü ilin yanvar-oktyabr ayında Azərbaycandan 5 milyon 484 min dollar həcmində 623 ton çay ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 144 min 300 dollar və ya 2,7%, miqdar ifadəsilə 37 ton, başqa sözlə 6,2% artıb.

Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycandan 5 milyon 340 min dollar dəyərində 586 ton çay ixrac olunmuşdu.

Bu ilin yanvar-oktyabr ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1  kiloqramının orta ixrac qiyməti 14 manat 97 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 48 qəpik idi. Bu da illik müqayisə ilə 51 qəpik  və ya 3,3% azalma deməkdir.

Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.

Seçilən
14
2
fed.az

3Mənbələr