AZ

Bu qanunlarda dəyişiklik edildi - Fərman

Prezident İlham Əliyev “Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Hurriyyet.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanın 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsi”nə 21-2-ci maddə (Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi) əlavə edilib.

Həmin maddəyə əsasən, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Hesablama Palatasının üzvləri və Azərbaycanın Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilir.

Bundan başqa, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

Həmçinin, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.

Seçilən
5
12
hurriyyet.az

10Mənbələr