AZ

“Adımdan saxta yazışmalar yayıblar” - Qənirə Ataşova

Uzun illər əvvəl Amerika Birləşmiş Ştatlarına köçən jurnalist Qənirə Ataşovanın bir neçə gün əvvəl bloklanan instaqram səhifəsi açılıb.

 

Sfera.az xəbər verir ki, Qənirə bununla bağlı instaqram səhifəsində dostlarının yazdığı postları yayımlayıb. 

 

Ataşova həmçinin onun adından yazılan saxta mesajları da izləyiciləri ilə bölüşüb.

 

Jurnalist bildirib ki, sosial şəbəkədə onun adından saxta yazışmalar yayılıb:

 

“Əziz dostlar, haqqımda paylaşılan “yazışma” görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların “videoscreen” paylaşmasını tələb edirəm! Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O “screen”də mənim izləyicilərim və paylaşımlarım hər şey əks niyə olunmayıb? Çünki diplomunuz kimi əməliniz də saxtadır. Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm, çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım”.

 

Sözügedən yazışmanı isə şair Nazilə Səfərli instaqram səhifəsində yayımlayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Qənirə Ataşova instaqram səhifəsində Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı qalmaqallı paylaşımlar edib. Jurnalist, 50 yaxın həkimin saxta yolla diplom və adi sertifikat alaraq onlara müraciət edən pasientlərə əməliyyat və estetik prosedurlar etdiyini iddia edib. 

 

 

Seçilən
9
6
sfera.az

10Mənbələr