AZ

COP29: Nümayəndə heyətimiz Bakıya heyran qaldı -Braziliya səfiri

“COP29-un təşkili gözləntiləri aşdı. Nümayəndə heyətimiz həm təşkilatçılığa, həm də Bakı şəhərinə heyran qaldı. Tədbir həqiqətən yüksək səviyyədə təşkil olunub”.

Adalet.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro bildirib.

Səfirin sözlərinə görə, Braziliya qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə, xüsusən də Amazon tropik meşələrinin qorunması və bərpasında mühüm rol oynayır.

“İqlim dəyişikliyi qlobal problemdir. Biz, bir inkişaf etmiş ölkə olaraq, emissiyalarımızı azaltmalıyıq. Həmçinin, inkişaf etmiş ölkələr maliyyə öhdəliklərini yerinə yetirməlidirlər ki, danışıqlar prosesi davam etsin,” - deyə o vurğulayıb.

Manuel Monteneqro əlavə edib ki, Azərbaycan COP29 çərçivəsində iştirakçı nümayəndə heyətləri üçün böyük işlər görüb.

“Tədbirə gələn qonaqlar Azərbaycanı böyük təəssüratlarla tərk etdilər. Ümid edirik ki, COP30 da eyni səviyyədə yüksək təşkilatçılıqla seçiləcək”, - deyə səfir fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) gələn il Braziliyada keçiriləcək.

Seçilən
10
1
adalet.az

2Mənbələr