AZ

Polkovnik-leytenant Putinin NATO üçün “qırmızı xətti”ndən danışıb

Tətbiqi Sosiologiya və Politologiya Mərkəzinin direktoru, istefada olan polkovnik-leytenant Gennadi Podlesnı bildirib ki, Rusiya prezidenti Vladimir Putin növbəti dəfə NATO üçün “qırmızı xətt” çəkib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  kp.ru  məlumat  yayıb.

 

Noyabrın 21-də Rusiya Federasiyasının Prezidenti müraciətlə çıxış edərək, Ukraynaya "Oreşnik" hipersəs ballistik raketi ilə zərbə endirdiyini təsdiqləyib və bəyan edib ki, Rusiya özünü silahları onun ərazisinə vuran ölkələrin hədəflərinə zərbə endirmək hüququna malik hesab edir.

“Putin növbəti dəfə NATO üçün qırmızı xətt çəkdi. Qərb ölkələri Ukrayna ərazisindən Rusiya ərazisindəki obyektlərə kütləvi raket zərbəsi endirsələr, o zaman Rusiya Federasiyası Ukrayna ərazisindəki obyektləri vuracaq",-deyə sayt yazır.

Podlesnı həmçinin qeyd edir ki, Rusiya ABŞ və Britaniya hərbi bazalarına öz ərazilərindən kənarda zərbələr endirməklə cavab verə bilər.

Daha əvvəl bildirilmişdi ki, Ukrayna Oreshnikin qarşısını almaq üçün THAAD raketdən müdafiə sistemlərini tələb edə bilər.

 

Nigar

 

Seçilən
24
21
oxu24.com

10Mənbələr