AZ

"İqlim dəyişikliyinə qarşı innovativ yanaşmalar mütləqdir" – Zülfiyyə Nuriyeva

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a özəl açıqlamasında iqlim dəyişikliyi ilə mübarizədə kənd təsərrüfatının roluna diqqət çəkərək bildirib:

"İqlim dəyişikliyi ilə mübarizədə təkrar emal, rəqəmsal texnologiyalar və ekoloji ziyanı azaltmaq məqsədilə innovativ yanaşmaların tətbiqi mütləqdir. Bir qarış torpaq belə boş qalmamalıdır. Azərbaycanın münbit torpaqları müasir texnologiyalarla əkinə yararlı hala gətirilərək kənd təsərrüfatında məhsuldarlığın artırılmasına yönəldilməlidir."

QHT sədri qeyd edib ki, COP29 tədbiri ekoloji tarazlıq, oksigen və karbonlaşma mövzularını həm milli, həm də qlobal səviyyədə əsas prioritetlərdən biri kimi vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
37
50
qht.az

10Mənbələr