AZ

Xaçmazdan Bakıya gələn avtobusların Abşeron ərazisində saxlamasına niyə icazə verilmir? VİDEO

Xaçmazdan Bakıya və Abşeron ərazisinə gələn sərnişin avtobusunun yolüstü dayanacaqda saxlamaması sərnişinləri çətin vəziyyətdə qoyur...

"Xəzər Xəbər"ə müraciət edən sakinlər deyirlər ki, əvvəllər Xaçmaz avtovağzalından minən zaman rahatlıqla Ceyranbatan, Masazır, Xırdalan, Xocəsəndə, həmçinin metronun "Avtovağzal" stansiyasının qarşısında düşə bilirdilər. Ancaq indi bu mümkün deyil, sərnişinlər yalnız Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki son dayanacaqda düşürülür. Aidiyyəti qurum tərəfindən avtobus sürücülərinə digər ərazilərdəki dayanacaqda sərnişin düşürməyə icazə verilmir. Bu isə sərnişinləri əziyyətə və maddi ziyana salır.

Avtobus sürücüləri isə bildirirlər ki, əvvəllər həmin dayanacaqlarda sərnişin düşürülməsi qadağan deyildi. Yəni sərnişinlər rahatlıqla sözügedən ünvanlarda düşürülürdü. Ancaq bir müddətdir ki, aidiyyəti qurumlar bunu onlara qadağan ediblər.

Sürücülərin iddiasına görə, onlara tapşırıq verilib ki, yalnız Sumqayıt dairəsi adlanan ərazidə və bakı beynəlxalq avtovağzal kompleksində sərnişinləri düşürsünlər. Əks halda digər ünvanlarda saxlayan zaman onlar cərimə edilirlər.

Sürücülər onu da bildirdilər ki, sırf bu tələbə görə, mütəmadi olaraq sərnişinlərlə aralarında konflikt yaranır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
40
xezerxeber.az

1Mənbələr