AZ

Almaniya Qazaxıstandan neft alışını artırıb

Qazaxıstan hakimiyyəti 2024-cü ilin sonuna qədər Drujba kəməri ilə Almaniyaya təxminən 1,4 milyon ton neft tədarük etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Qazaxıstanın Energetika Nazirliyinin rəsmi nümayəndəsi Şınqış İlyasov məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ilin 10 ayının yekunlarına əsasən, artıq 1,2 milyon tona yaxın Qazaxıstan nefti Almaniya istiqamətində nəql olunub, ilin sonuna qədər bu həcmin 1,4 milyon tona çatdırılması planlaşdırılır.

Energetika Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Qazaxıstanın 2025-ci il üçün Drujba kəməri ilə Almaniyaya neft tədarükünün həcmi eyni səviyyədə - 1,2 milyon ton olaraq qalır.

Qeyd edək ki, Almaniya tərəfi Qazaxıstandan neft alışını 2 milyon tona çatdırmaq niyyətini açıqlayıb.

Almaniya Azərbaycandan da neft alışını artırıb. 2023-cü ildə almanlar 1,3 milyon tondan yuxarı Bakı nefti alıblar.

 

Musavat.com

Seçilən
11
1
musavat.com

4Mənbələr