“Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubunun 125 illiyinə həsr olunacaq bayram tədbirinə qatıla bilməyəcək.
Qeyd edək ki, Messi artıq “Barselona”nın 125 illiyinə həsr olunmuş müsahibə verib, həmçinin Kataloniya klubunun təşkil etdiyi fotosessiyada iştirak edib.