AZ

Dünya nəhənglərinin hədəfində

“Bavariya” Madrid “Real”ının hədəfi olan Florian Virtz üçün 100 milyon avro ödəməyə hazırdır.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisi uzun müddətdir Bundesliqada yaxından izlədiyi Virtzi 2025-ci ildə əsas transfer hədəfi olaraq görür. Hətta buna görə klubun idman direktoru Maks Eberlin Virtzlə danışıqlar aparmasına icazə verilib:

“Maks Eberlə danışıqlara girmək icazəsi verildi və onun Virtzin ailəsi ilə danışıqlara başladığı açıqlandı. Lakin Eberl təcili olaraq oyunçu satışını təmin etməlidir. “Bavariya” transfer üçün 100 milyon avrodan çox xərcləməyə hazırdır”.

Digər mənbələr “Real”ın “Mançester Siti” ilə birlikdə Virtzlə maraqlandığını bildirir.

“Los-Blankos” 21 yaşlı almaniyalı yarımmüdafiəçini Arda Gülerin oxşarı kimi dəyərləndirir.

Seçilən
21
futbolpress.az

1Mənbələr