AZ

"Aparıcının müğənniyə belə bir sual verməsinin əleyhinəyəm"

"Müğənninin hər yeni mahnısı cəmiyyətə yeni siqnaldır. Orada nəsə olmalıdır. Verilişdir, dəvət edirlər, gedirəm, baxırsan ki, aparıcının heç mənim mahnılarımdan xəbəri yoxdur. Bəlkə elə orada siyası bir səhvə yol vermişəm? Xəbərsizdir. Sadəcə efir vaxtı dolsun, müğənni bəzənib-düzənib verilişinə gəlsin".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Günə bax" verilişində deyib. Sənətçi şou xarakterli proqramlarda aparıcıların qonaqlara verdiyi suallardan narazı olduğunu vurğulayıb:

"Bir aparıcı tapın ki, mənimlə üzbəüz əyləşib "tapanca" kimi danışıb, suallar versin. Elə-belə suallar demirəm. Şou xarakterli verilişləri nəzərdə tuturam. Mən onun məntiqini yoxlamaq istəyirəm. Aparıcının müğənnini çağırıb ona "3+3 neçə edir" sualını verməsinin əleyhinəyəm. Ola bilər müğənni bunu bilmir, amma böyük sənət sahibidir. Bu həyatda heç nə mükəmməl deyil. Bir sənətçi 1 mahnı ilə bitmir, çox suallar var".

L.Məmmədova görünüşündə müzakirələrə səbəb olan dəyişiklər etməsinə belə aydınlıq gətirib:

"Hər yeni mahnım mənə yeni dinləyici qazandırmasa, bu mənim uğursuzluğumdur. 14 yaşımdan səhnədəyəm. Artıq 30 ildir. Bu illər ərzində azı iki nəsil yetişib. Mən o nəslində zövqünə bələd olmalıyam. Sizcə məndəki dəyişiklik əbəs yerədir? Elə əyləşmişdim evdə, birdən-birə ağlıma gəldi? Yox. Mən 30-20 il əvvəlki Lalə deyiləm. Bəlkə də 20 il əvvəl bu geyimdə məni səhnəyə çıxartsaydılar, sıxılacaqdım. Oxuduğumuz nəğmələrin, danışdığımız sözün arxasında durmağı bacarmalıyıq". 

  

Seçilən
13
3
turanpress.com

6Mənbələr