AZ

Politoloq: Rusiyanın “Oreşnik”dən istifadə etməsi NATO-ya xəbərdarlıqdır

Rusiyanın qabaqcıl “Oreşnik” orta mənzilli ballistik raketindən istifadə etməsi NATO ölkələrinə Ukraynada daha da gərginliyin qarşısını almaq üçün açıq xəbərdarlıqdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Braziliyanın “Record News” telekanalında braziliyalı politoloq, elmlər doktoru Yovana Branko deyib.

“Bu, Rusiyanın təkcə Ukraynanı deyil, bütün Qərb müttəfiqlərini belə dəstəyin hansı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdar etmək üsuludur”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin artıq bir neçə aydır ki, Rusiya ərazisinə Qərb silahlarının zərbələri endirilməsinin Rusiya rəhbərliyi tərəfindən ABŞ-ın, eləcə də onun Avropadakı müttəfiqlərinin münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
24
35
nocomment.az

10Mənbələr