AZ

Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO

Balıq bazarında yerli məhsulların qiyməti xeyli ucuzlaşıb. Satıcıların sözlərinə görə, səbəb xarici balıqlara daha çox tələbatın olmasıdır.   Balıq satışı üzrə mütəxəssis İlkin Novruzov bildirib ki, ən çox levrək, çupra, qızılbalığa tələbat var: "20 ildir bu satışla məşğulam, əvvəllər xarici məhsullara bu qədər tələbat yox idi. Xarici balıqların içərisində ən bahalısı salmondur. Bu balıq növü əvvəllər 30-35 manat idisə, indi qiyməti 40-45 manat arasında dəyişir. Nərə əvvəllər 50-55 manat idisə, hazırda 40-35 manatdır. Foreli əvvəllər 18-20 manata satırdıqsa, indi 14 manata qədər düşüb". Qeyd edək ki, balıq bazarında piştaxtaları bəzəyən xarici balıq çeşidləri Rusiya, Qazaxıstan, İran və Türkiyədən idxal edilir. Manset.az Baku TV-nin daha ətraflı süjetini təqdim edir:

Seçilən
12
17
manset.az

10Mənbələr