AZ

Mahir məhsuldar ötürmə etdi, komandası məğlub oldu

Mahir Emrelinin formasını geydiyi II Bundesliqa təmsilçisi “Nürnberq” rəqib “Padenborn”un son dəqiqə qoluyla məğlub oldu.

Futbolpress.az xəbər verir ki, milli komandanın üzvü Mahirin də matçın sonuna qədər meydanda olduğu və də məhsuldar ötürməylə yadda qaldığı qarşılaşma “Nürnberq”in məğlubiyyətiylə nəticələndi.

Səfərdə “Padenborn”la keçirilən matçın 8-ci dəqiqəsində komandasının hesabda geridə olduğu vaxtda məhsuldar ötürmə edən Mahir, bərabərlik qolunun vurulmasında önəmli rol oynadı.

Buna baxmayaraq görüş “Padenborn”un 3:2 hesablı qələbəsiylə yekunlaşdı.

Seçilən
18
futbolpress.az

1Mənbələr