Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra nazirlik və idarələrin rəhbərlərinə mesaj göndərərək istefa vermələrini istəyib.
Paralel.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Bazar günü axşam saatlarında istefa vermələrini xahiş etdiyim rəhbərlərə sms göndərdim. Bu cür qərarların mətn şəklində olması mənim üçün vacibdir ki, sonradan heç bir uyğunsuzluq olmasın”, - hökümət başçısı qeyd edib.