AZ

COP29 iqlim diplomatiyasında yeni mərhələ açdı

“GLOBE” təşkilatının baş icraçı direktoru Malini Mehra Azərbaycan mediasına müsahibəsində 29-cu iqlim diplomatiyasında irəliləyişə çevriləcəyinə əminliyini ifadə edib. O, eyni zamanda, BMT-nin iqlim prosesi çərçivəsində dünya qanunvericilərinin əsas rolunu vurğulayıb və bu tədbiri parlament üzvləri və onların seçiciləri üçün diqqət mərkəzi adlandırıb.

“İl ərzində biz parlament üzvlərinin COP prosesini, iqlim dəyişikliyinin əhəmiyyətini və bu prosesdə necə iştirak edə biləcəkləri barədə məlumatlılığı artırmaq üçün Monqolustandan Malaviyə qədər bütün dünyada maarifləndirmə işləri aparırıq. COP-dakı əsas mesajımız budur ki, konfransların nəticə verməsini təmin edən məhz parlamentlərdir. Burada gördüyünüz insanlar icraedici hakimiyyətin nümayəndələridir. Amma daha iki hakimiyyət qolu var – qanunvericilik və məhkəmə. Parlamentlərin rolu olduqca vacibdir, çünki onlar 3 əsas funksiyanı yerinə yetirirlər. Birinci – bu razılaşmalardan irəli gələn hüquqi çərçivələrin yaradılmasıdır”, – deyə o qeyd edib.

M.Mehra qeyd edib ki, ikincisi, parlamentarilər nəzarətin həyata keçirilməsində əsas rol oynayırlar. Onlar beynəlxalq konfranslar çərçivəsində üzərlərinə götürülən öhdəliklərin yerinə yetirilməsinə cavabdeh olan hökumətlərin işinə nəzarət edirlər. Üçüncü və ən vacib funksiya isə maliyyə ilə bağlıdır. COP29 maliyyə COP-udur. Parlamentlər büdcələri idarə edir və təsdiqləyirlər. Burada onların rolunun ən vacib tərəfi – vəsaitlərin istifadəsinə nəzarət üzə çıxır. Bu, donor ölkələrin dövlət pullarının, yəni vergi ödəyicilərinin vəsaitlərinin alıcı ölkələrdə necə istifadə olunduğunu səmərəli şəkildə izləməsi üçün vacibdir. Əsas məsələ bu vəsaitlərin, həqiqətən, nəzərdə tutulduğu şəxslərə fayda verməsidir.

“GLOBE”nin baş icraçı direktorunun sözlərinə görə, parlamentlərin hökumətlərinə konkret fəaliyyətlərin razılaşdırılması üçün mandat vermələri kritik əhəmiyyət kəsb edir. Məhz bu məsələdə ən böyük çətinliklər ortaya çıxır. Bütün hökumətlər konfransa konkret hədəflərə nail olmaq üçün parlament mandatı ilə gəlmir. Bu, qərar qəbul etmə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir, çünki onlar öz ölkələrinə qayıtdıqdan sonra mövqelərini müdafiə etmək məcburiyyətində qalırlar. Buna görə də parlamentlərin bu prosesdə rolu əvəzedilməzdir.

 

Seçilən
43
xalqqazeti.az

1Mənbələr