AZ

Qan qrupumuz hansı XƏSTƏLİYƏ MEYİLLİDİR?

123 il əvvəl, 1901-ci ilin noyabrında həkim Karl Landşteyner qan nümunələrini üç qrupa bölüb: 0 (birinci), A (ikinci) və B (üçüncü). Daha sonra dördüncü qrup (AB) kəşf olunub. Bununla yanaşı, son araşdırmalar göstərir ki, ümumilikdə 35 qan qrupu və onların qarışma ehtimalının 300-dən çox növü mövcuddur.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə mütxəssislər yeni araşdırmalar ediblər.

Qan qruplarının insanların həyat tərzindəki dəyişikliklərə uyğunlaşma kimi təkamül prosesində meydana gəldiyi düşünülür. Məsələn, birinci qrup ovçu-yığıcılar arasında, ikinci qrup əkinçilər arasında, üçüncü qrup isə Mərkəzi Asiyanın köçəri maldarlıqla məşğul olan xalqları arasında yayılmışdı. Bu xalqların digər millətlərdən fərqli həyat tərzi və qidalanma rejimi var. Dördüncü qrupun yaranması isə hələ də dəqiq izah olunmayıb.

"Diaqnostik İmmunoloq Arayışı" kitabının müəllifi Nadejda Poluşkina müxtəlif qan qruplarına sahib insanların sağlamlığı haqqında məlumatlar yazıb.

Birinci qrup: Bu qrupun sahibləri arasında uzunömürlülər çoxdur. Ancaq allergik reaksiyalara meyillidirlər. Onlarda müxtəlif infeksion və dəri xəstəlikləri ola bilər.

İkinci qrup: Bu qrupun sahibləri arasında onkoloji xəstəliklər azdır. Amma ürək-damar və hematoloji xəstəliklərə, həmçinin qaraciyər problemlərinə daha çox meyllidirlər.

Üçüncü qrup: Bu qrupun sahibləri koronavirusa daha az yoluxurlar. Lakin onlarda tez-tez xroniki yorğunluq sindromu müşahidə olunur.

Dördüncü qrup: Bu qrupun sahibləri dayaq-hərəkət sistemi və ateroskleroz problemlərinə yüksək meyillidirlər. Amma infarkt riski azdır və onlarda hipertoniya, tromboz və emboliya nadir hallarda rast gəlinir.

Ekspertlər qeyd edirlər ki, qan qrupu orqanizmin bir çox xüsusiyyətlərini müəyyənləşdirir, bu, genetik məlumatın şifrəsidir. Məsələn, birinci qrup insanlarda mədə yarası, ikinci qrupda mədə xərçəngi, üçüncü və dördüncü qrupda isə mədəaltı vəzi xərçəngi daha tez-tez rast gəlinir.

1996-cı ildə amerikalı Piter De Adamo tərəfindən "Dörd qan qrupu - dörd həyat tərzi" adlı kitab nəşr olunub. Müəllif hesab edir ki, qan qrupu əcdadların qidalanma tərzindən (süd məhsulları, ət və ya bitki mənşəli qidalar) asılıdır. Beləliklə, sağlamlığı qorumaq üçün qan qrupuna uyğun məhsullar yeyilməlidir, əks halda maddələr mübadiləsi pozula və piylənmə yarana bilər. "Veçernyaya Moskva" bu mövzunun həqiqət olub-olmadığını araşdırıb.//baku.ws


Seçilən
20
news24.az

1Mənbələr