AZ

Avropa çempionatında ikinci medal

Azərbaycan yığması Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında növbəti medalı qazanıb.

İdman.biz xəbər verir ki, milli komandamızın üzvü Vasif Səlimov (63 kq) fəxri kürsüdə yer alıb.

Təmsilçimiz çempionatın bürünc medalına layiq görülüb. Medala gedən yolda ilk mərhələni rəqibsiz adlayan idmançımız Türkiyə, Ukrayna və Danimarkadan olan rəqiblərinə qalib gəlib. Vasif yarımfinalda polşalı rəqibinə uduzaraq, 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə Səyyad Dadaşov (54 kq) bürünc qazanıb.

İdman.biz

Seçilən
36
2
idman.biz

3Mənbələr