AZ

Premyer Liqa alqı-satqı qaydalarına dəyişiklik etdi

İngiltərə Premyer Liqası (EPL) “Mançester Siti”yə qarşı məhkəmə prosesindən sonra əlaqəli tərəflərlə əməliyyatlar (alqı-satqı) qaydalarına dəyişiklik edib.

Publika.az xəbər verir ki, dəyişikliklər klublar tərəfindən Premyer Liqanın səhmdarlarının bu gün keçirilən iclasında təsdiqlənib.

Liqa qayda dəyişikliyi layihəsini hazırlamaq üçün çoxsaylı müstəqil hüquqi rəylərə əsaslanaraq klublarla məsləhətləşib.

İyun ayında “Mançester Siti” Premyer Liqanı məhkəməyə verub və təşkilatın qaydalarının klubların sahibləri ilə əlaqəli şirkətlərlə şişirdilmiş sponsorluq müqavilələri bağlamasının qarşısını almağa yönəlmiş 25 bəndinin qeyri-qanuni və zərərli olduğunu iddia edib.

Oktyabr ayında arbitraj məhkəməsi “Mançester Siti”nin komandaların fəaliyyətini tənzimləyən kommersiya qaydaları ilə bağlı Premyer Liqaya qarşı iddiasını qismən təmin edib.

Seçilən
12
1
publika.az

10Mənbələr