AZ

Rubl kağıza dönür- Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

Image

Məlum olduğu kimi, Rusiya rublu dəyərdən düşməkdə davam edir. Hazırda 100 rus rublu 1 manat 69 qəpiyə mübadilə olunur. Rublun dəyərdən düşməsi istər-istəməz ölkəmizə də təsirsiz ötüşmür. 

Xüsusilə, bu ölkədə işləyən və ailələrinə vəsait göndərən soydaşlarımız üçün çətin vəziyyət yaranır. Rublun il ərzində 13 faizdən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olur.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2023-cü ildə ticarət dövriyyəsi rekord səviyyədə artaraq 4,3 milyard dollar təşkil edib.

Əkrəm Həsənov: “Rublun dəyərdən düşməsi Azərbaycan üçün ciddi problemdir”

Maliyyə eksperti Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rublun dəyərdən düşməsi Azərbaycan üçün ciddi problemdir: “Sanksiya altında Rusiya Azərbaycana xeyir gətirir. Məlumdur ki, Rusiyada çalışan azərbaycanlıların sayı yetərincədir və onlar ölkəmizə pul göndərir. Rublun dəyərdən düşməsi istər-istəməz bizə də təsir edəcək. Rusiya iqtisadi vəziyyətinin pisləşməsi Azərbaycanın xeyrinə deyil”.

Kamran Məmmədli: “Rusiya rublunun ucuzlaşması bu ölkədən Azərbaycana pul köçürməsi edən azərbaycanlılara da müəyyən təsir göstərəcək”

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda Azərbaycan Rusiyaya ən çox kənd təsərrüfatı malları ixrac edir: “Təsirlər də məhz bu istiqamətdə ola bilər. Rusiya rublunun ucuzlaşması bu ölkədən Azərbaycana pul köçürməsi edən azərbaycanlılara da müəyyən təsir göstərəcək. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil. 

Rusiya rublunun milli valyutamıza nisbətən dəyərdən düşməsi, heç şübhəsiz, ilk növbədə şimal qonşumuzdan idxal olunan malların həcmini artıracaq. Bu həm də Rusiyadan gətirilən məhsulların nisbətən ucuzlaşmasına səbəb olacaq. Rublun ucuzlaşması eyni zamanda Rusiyadan ölkəmizə məhsul idxal edənlərin daha çox qazanc əldə etməsinə səbəb olacaq”.

Günel CƏLİLOVA





Seçilən
27
baki-xeber.com

1Mənbələr