AZ

Ukraynada döyüşən rus hərbçilərinin ETİRAZI: “Biz ət deyilik, insanıq” – VİDEO

Rusiya Silahlı Qüvvələrinin 394-cü motoatıcı alayının 2-ci batalyonunun hərbçiləri cəbhədəki kritik vəziyyətdən şikayətləniblər.

Bizim.Media xəbər verir ki, bu barədə bir qrup döyüşçü videomüraciət yayıb.

Əsgərlər əsas dəstək və döyüş əməliyyatının təşkili olmadan “qırğına” göndərildiklərini iddia edirlər:

"Bizi sadəcə ölməyə tərk edirlər, biz ət deyilik, biz insanlarıq. Şəxsi heyət ot kimi biçilir, daimi dron hücumları bizə möhlət vermir. Eyni zamanda, təchizat, evakuasiya və tibbi yardım çatışmazlığı var, yaralılar yıxıldıqları yerdəcə qalırlar. Lakin komandanlıq tabeçiliyində olanları ölümə məhkum edərək “Bir addım da geri çəkilmə!” əmrini verməkdə davam edir”.

Qeyd edək ki, sözügedən videomüraciətlə bağlı Rusiya tərəfindən hələlik heç bir rəsmi açıqlama verilməyib.



Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr