AZ

Paşinyan növbədənkənar seçkilərə hazırlaşır? – İqor Korotçenko MÜHÜM AÇIQLAMA

“Hesab edirəm ki, aparılan kadr dəyişiklikləri ilə Nikol Paşinyan öz hakimiyyətinin təməlinin dayanıqlığını təmin etmək istəyir. Amma bu amillə yanaşı, başqa faktor da var. Biz bilirik ki, Ermənistan Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vahe Kazaryan Ermənistanın hazırkı hökumət başçısının uşaqlıq dostudur və onlar arasında etibarlı əlaqə mövcud idi.

Eyni zamanda, bu gün Ermənistanda postunu tərk edənlərin yerini təkcə Paşinyana şəxsən sadiq olanlar deyil, eyni zamanda, Vaşinqtonun “stavka etdiyi” adamlar tutacaq. Bunlar Paşinyanın başına nəsə gəlsə, Ermənistanın Qərbə tam üz tutması nöqteyi-nəzərindən hakimiyyətin sabitliyini və davamlılığını təmin edəcək insanlardır. Qərbə lazım olan budur. Bunlar elə adamlardır ki, fors-major vəziyyət yaranarsa, Ermənistanın güc elitasında bu gün mövcud olan status-kvonun dəyişməsinə imkan verməyəcəklər”.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistandakı son vəziyyəti dəyərləndirən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İqor Korotçenko: “Paşinyanın təklif etdiyi sülh müqaviləsi deyil, kağız parçasıdır”


O əlavə edib ki, Ermənistanın dövlət strukturları və güc sistemləri getdikcə daha çox Qərbin nəzarətinə keçir:

“Əvvəla, önəmli olan odur ki, Qərb bu ölkənin Təhlükəsizlik Şurasına nəzarəti ələ keçirib. Şuraya birbaşa MKİ agenti, Amerika və Qərb QHT-ləri sistemindən keçmiş bir şəxs rəhbərlik edib. Bu dəyişikliklərin ediləsində bir ehtimal da ondan ibarətdir ki, Paşinyan növbədənkənar seçkilərə hazırlaşır. Paşinyan bilir ki, növbədənkənar seçki planını həyata keçirilsə, onun hakimiyyətinin güc strukturunun sabit olması və vəziyyəti dəyişmək üçün istənilən cəhdlərə sərt şəkildə müqavimət göstərməyə hazır olması vacibdir.

Gördüyümüz kimi, bu işdə də Qərb ona kömək edir.

Bundan başqa, belə bir versiya var ki, Paşinyan növbədənkənar parlament seçkiləri keçirdikdən və bununla da əhali arasında legitimliyini təsdiqlədikdən sonra ölkə Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarının ondan çıxarılması prosesinə keçəcək. Bundan sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Belə bir ehtimal var. Bunun baş vermə şansı 50/50-dir, hər şeyin belə olub-olmayacağını söyləmək hələ də çətindir. Ermənistan bu gün elə bir ölkədir ki, nəyisə proqnozlaşdırmaq və bu və ya digər qərarın elan olunsa belə, mütləq həyata keçiriləcəyini iddia etmək çətindir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
11
1
bizim.media

10Mənbələr