AZ

"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

Image

"Dövlətlərin ətraf mühitin mühafizəsi prinsiplərinə zidd olaraq iqtisadiyyatı inkişaf etdirmək cəhdləri bütün bəşəriyyət üçün fəlakətli nəticələrə gətirib çıxara bilər." Bu fikri tanınmış türkiyəli ekspert, iqtisadiyyata dair 26 kitabın müəllifi, elmlər doktoru Mahfi Eğilmez söyləyib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının (COP29) əhəmiyyətini şərh edən iqtisadçı dünya iqtisadiyyatının aktiv artım templərinə diqqət çəkərək qeyd edib ki, təkcə son 23 il ərzində qlobal ÜDM həcmi üç dəfə artaraq 105,4 trilyon dollar həddə çatıb.

“Resurslardan səmərəsiz istifadə edilməsi və ətraf mühitə nəzarətsiz emissiyalar təbiət və bəşəriyyət üçün zərərlidir. Qlobal temperaturun artması səhralaşma, meşə sahəsinin azalması, buzlaqların əriməsi, quraqlıq, anormal temperatur rejimləri və biomüxtəlifliyin azalması ilə əlaqələndirilir”, - deyə ekspert sadalayaraq, ekoloji addımların inkişaf etməkdə olan ölkələrdə çox vaxt qeyri-populyar olduğunu etiraf edib.

Mətləb





Seçilən
18
baki-xeber.com

1Mənbələr