AZ

Tramp "düşmən"lərindən "qisas" almağa başladı: Kimləri işdən çıxarmaq niyyətindədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ona qarşı məhkəmə işinə rəhbərlik edən xüsusi prokuror Cek Smitin komandasının bütün üzvlərini işdən çıxarmaq niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Washington Post" (WP) nəşri öz mənbələrinə istinadən məlumat verib.
Mənbələrin bildirdiyinə görə, onlarla hüquqşünas, Federal Təhqiqatlar Bürosu və Ədliyyə Departamentinin əməkdaşları işdən çıxarılacaqlar ki, onlara qarşı, adətən, bu cür siyasi tədbirlər tətbiq olunmur. Trampın onları nə qədər tez zamanda işdən çıxara biləcəyi bəlli deyil.
Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Tramp, həmçinin, Ədliyyə Nazirliyində təhqiqat qrupları yaratmağı da planlaşdırır. Bu qruplar 2020-ci il prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına dair sübutların axtarışı ilə məşğul olacaqlar.
Nəşrin qeyd etdiyi kimi, ştatların prokurorlarının iştirakı ilə belə qrupların yaradılması ideyası o qədər də yaxşı işlənməyib və Trampın tez-tez bəyan etdiyi Ədliyyə Nazirliyinin özündə asayişi bərpa etmək istəyindən fərqli olaraq, "siyahının başında gəlmir".
Xatırladaq ki, xüsusi prokuror Cek Smit 2023-cü ilin avqustunda Trampa qarşı dörd maddə üzrə ittiham irəli sürüb. O, faktiki olaraq 2020-ci il seçkisində məğlub olmasına baxmayaraq, hakimiyyəti qeyri-qanuni yolla saxlamağa cəhddə ittiham olunub. Trampa qarşı irəli sürülən cinayətlərin ən ağırı üçün maksimum cəza isə 20 il azadlıqdan məhrumetmə olub.
Həmçinin, daha əvvəl dərc olunan xəbərlərdə Smitin ABŞ-nin yeni seçilmiş prezident vəzifəyə başlamazdan əvvəl öz işini başa çatdırmağı və vəzifəsini tərk etməyi planlaşdırdığı bildirilib.
Qeyd edək ki, respublikaçı Donald Tramp noyabrın 5-də keçirilən seçkidə demokratların nümayəndəsi Kamala Harris üzərində qələbə qazanıb. Bundan əlavə, respublikaçılar ABŞ Senatına nəzarəti ələ keçirə biliblər. Onlar, eyni zamanda, Nümayəndələr Palatasında da çoxluq əldə ediblər.
Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə baş tutacaq.
Seçilən
20
50
oxu.az

10Mənbələr