AZ

Medvedev: "NATO ölkələri tam şəkildə Rusiyaya qarşı müharibəyə cəlb olublar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ və NATO-nun digər üzvləri öz raketləri vasitəsilə Kursk və Bryansk vilayətlərinə zərbələr endirdikdən sonra Rusiyaya qarşı tam şəkildə müharibəyə cəlb olunublar".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Al Arabiya" telekanalına müsahibəsində deyib.
"Bu, hərbi toqquşmaların gedişatını və baş verənləri dəyişir. Çünki bu, NATO blokunun, Vaşinqtonun və bu alyansın digər üzvlərinin, əslində, artıq hibrid deyil, ölkəmizə qarşı tam olaraq müharibəyə girdiyini göstərir", - deyə Medvedev uzaqmənzilli Qərb raketləri vasitəsilə Rusiyanın dərinliklərinə zərbə endirilməsinin nəticələrinə dair fikrini bildirib.
"Və bu, nəticəsiz qalmayacaq", - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.
O nəzərə çatdırıb ki, vurulan zərbələr fəsadsız ötüşməyib.
Seçilən
26
50
oxu.az

10Mənbələr