AZ

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk”Hakan Fidan:

Image

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu üçün təşəbbüslərini davam etdirdiklərini, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) birbaşa uçuşlar və birbaşa ticarətin başlanması məsələlərini xüsusilə vurğuladıqlarını bildirib.

Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında çıxışında Kipr məsələsinə toxunub.

Hakan Fidan: "Kipr məsələsi ilə bağlı Türkiyə ilə təmasda olan milli davanın ardınca, BMT Baş katibinin Kiprdəki şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellar tərəfindən hazırlanan hesabatda tərəflər arasında ortaq bir əsasın olmadığını ortaya qoydu", - deyə qeyd edib.

Buna görə də Fidan Kipr adasında iki ayrı xalqın, iki ayrı dövlətin olması faktının bir daha təsdiqləndiyini vurğulayıb: “Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk. Biz Şimali Kipr Türk Cümhuriyyəti ilə birbaşa uçuşların və birbaşa ticarətin başlanması və Şimali Kipr Türk Cümhuriyyəti rəhbərliyinə üçüncü ölkələrdəki həmkarları ilə əlaqə saxlamaq imkanının təmin edilməsi məsələlərini vurğulayırıq”, - deyə qeyd edib.

Hakan Fidan bildirib ki, bu səylər nəticəsində Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında ən yüksək səviyyədə iştirakı təmin edilib.

SAMİRƏ





Seçilən
29
baki-xeber.com

1Mənbələr