AZ

Tərlan Əhmədov “Zirə” ilə oyunöncəsi “Neftçi”nin zəif tərəflərini açıqlayıb

“Neftçi” hələki autsayderlər zonasındadır. Son matçlarda da ürəkaçan durumda deyillər”.

Bunu İdman.bizə Azərbaycan millisinin veteran futbolçusu Tərlan Əhmədov deyib.

O, Azərbaycan Premyer Liqasının XIV turunda baş tutacaq “Neftçi” - “Zirə” matçını şərh edib. “Ağ-qaralar”ın sabiq kapitanı bildirib ki, qarşılaşma hər iki klub üçün çətin olacaq: “Zirə” də son iki oyunda uduzub. Həm də tam stabil oynamır. Ötən il daha stabil çıxış edirdi. Bugünkü matçda “Zirə” məğlub olsa, hətta yekunda mükafatçılar sırasına düşməkdə çəkə bilər. Komandanın həmçinin psixoloji baxımından da müəyyən sıxıntılar yaşaması istisna deyil”.

Əhmədovun sözlərinə görə, “Neftçi”nin bu gün qələbədən başqa yoldur: “Onlar getdikcə sonuncu pilləyə enirlər. Samir Abasovun bu komandaya gəlişindən sonra cəmi 1 qələbə qazanıblar. Onda da “Səbail”i məğlub ediblər. Komanda istənilən oyunu nümayiş etdirə bilmir, hansısa dəyişiklik də nəzərə çapmır. Milli komandaların oyununa görə yaranmış fasilədən necə istifadə edib, çatışmazlıqları necə aradan qaldırdıqlarını da görəcəyik. Bu klub üçün hər şey sıfırdan başlayır. Belə də olmalıdır. “Ağ-qaralar”ın mükafatçılar sırasına düşməsi o qədər də inandırıcı görünmür. Heç olmasa son pillələrdən yuxarı qalxmalıdırlar. “Neftçi” üçün 7-8-ci yerlər qəbulolunmazdır. Çalışmalıdır ki, heç olmasa 5-ci yüksəlsinlər. Bunun üçün Bakı təmsilçisinin yetərincə potensialı da var. Xüsusilə, “ağ-qaralar”ın müdafiə xəttində boşluqlar var. Komandanın zəif nöqtəsi isə az yaradılan qol epizodlarıdır. Belə olduğu halda rəqibə təzyiq edə bilmirlər”.

Əhmədov “Zirə”nin də daha çox müdafiədən oynayacağını və əks-hücumlara bel bağlayacağını deyib: “Qarşılaşmaya kim güclüdürsə, o da qalib gəlsin prinsipi ilə yanaşıram. Lakin 3 xalı hansının əldə edəcəyini deyə bilmirəm. Amma “Neftçi”dən də yaxşı oyun gözləyirəm”.

Qeyd edək ki, komandalar arasında qarşılaşma saat 19:00-da “Neftçi Arena”da baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr