AZ

Aleksey Naumov: “COP29-da bütün dünya Azərbaycanın müstəqil siyasət yürütdüyünü gördü”

“Əvvəllər iqlim konfransları kifayət qədər standart ssenari üzrə keçirilirdi. Yəni, inkişaf etmiş ölkələr guya inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə düzgün mübarizə aparmağı öyrədirdilər.

Lakin budəfəki konfransa ev sahibliyi edən Azərbaycan özünü qeyri-adi və kifayət qədər cəsarətli apardı. Prezident İlham Əliyev Niderland və Fransaya qarşı açıq müstəmləkəçilik ittihamları səsləndirdi. Onun cəsarətli fikirləri təkcə COP29-a getməkdən imtina edən müstəmləkəçiləri pat vəziyyətinə salmadı, həm də bütün dünya ölkələrini heyran qoydu. Beləcə, Azərbaycanın dünya isteblişmenti deyilən şeyə uyğunlaşmadığını, öz qaydaları ilə hərəkət etdiyini və tam müstəqil siyasət yeritdiyini hər kəs gördü, bildi”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov Rusiya KİV-ə açıqlamasında bildirib.

O əlavə edib ki, COP29-da müşahidə edilən ikinci yenilik dünyanın çirklənməsinin və qlobal istiləşmənin benefisiarlarından, yəni inkişaf etmiş ölkələrdən 1,3 trilyon dollar tələb etməyə qərar verən Qlobal Cənub ölkələrinin birləşməsi oldu:

“Bu iqlim problemlərini həll etmək üçün dünya nizamının əsaslarını dəyişdirən tamamilə yeni bir hekayədir. Biz xatırlayırıq ki, Qoşulmama Hərəkatının inkişafında Bakının sədrliyi nə qədər mühüm rol oynayır. Azərbaycan kiçik ölkə olsa da, supergüclər qarşısında suveren siyasət yürüdə və öz maraqlarını açıq şəkildə bəyan edə bilən yeni bir gücdür”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
24
50
bizim.media

10Mənbələr