AZ

COP29 əleyhdarlarımızın bütün çirkin niyyətlərini puç etdi

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdı.

İstər tədbirdən öncə, istərsə də tədbir günlərində Qərb dünyasındakı anti-Azərbaycançı qüvvələr öz çirkin niyyətlərindən əl çəkmədilər. Ən müxtəlif yollarla ölkəmizə qarşı təzyiqlər etməyə cəhdlər olundu, müxtəlif qərəzli qərarlar qəbul olundu, bəzi media orqanları qərəzli məlumatları tirajladılar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan bu tədbiri ən yüksək səviyyədə keçirdi.

“Ölkəmiz qlobal problemlərin həllini tapdığı bir məkana çevrilib. Bu gün dünyanın ürəyi Bakıda döyünür və nəzərə alsaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin noyabrın 12-də Liderlər Sammitində çıxışında vurğuladığı kimi, bu tədbirə 196 ölkə qatılıb və 75 min nəfərin iştirakı qeydə alınıb”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov səsləndirib.

ELMAN

Onun sözlərinə görə, COP29 əleyhdarlarımızın bütün çirkin niyyətlərini puç etdi və Azərbaycan dünyaya göstərdi ki, biz demokratik ölkəyik:

“Bu konfransın keçirildiyi dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, Azərbaycanda söz, mətbuat azadlığı ən yüksək səviyyədə müdafiə olunur və eyni zamanda istənilən jurnalist və xarici media nümayəndələri bizim dövlət məmurlarına yaxınlaşıb bu və digər məsələ ilə bağlı suallar verib cavablarını almaq imkanına malik idilər. Bundan başqa, etiraz edənlər üçün də şərait yaradıldı. Bu, Azərbaycanın demokratik inkişaf yolu seçdiyinin göstəricisidir və hesab edirəm ki, COP29 tədbiri əldə etdiyimiz reallıqların, qazandığımız uğurların beynəlxalq aləmdə təqdimatı baxımından da unikal bir hadisə oldu”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
38
50
musavat.com

10Mənbələr