AZ

Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı

Əfqanıstanın Berlindəki səfiri Yama Yari və Bonndakı baş konsul Səid Lüftullah Sadat Taliban tərəfindən geri çağırılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" nəşri mənbələrə istinadən yazı.b

Məlumata görə, ölkədə hakimiyyətə nəzarət edən hərəkatla diplomatlar arasında fikir ayrılığı olub. Taliban daha əvvəl Berlin və Bonndakı ofislərindən verilən viza və pasportları qəbul etməyəcəklərini açıqlamışdı. Münhendəki baş konsul isə vəzifəsini davam etdirir.

Taliban bəyanatında sənədlərdə "məsləhətləşmədən" qəbul edilən "ixtiyari” qərarlardan bəhs edilir. Almaniya Xarici İşlər Nazirliyi Əfqanıstanın iki diplomatik missiyasının rəhbərlərinin işdən çıxarılması ilə bağlı məlumatlandırılıb.

İki nümayəndəliyin idarəçiliyini müvəqqəti işlər vəkili adlandırılan şəxs öz üzərinə götürüb.
 
"Biz faktiki Taliban rejimini Əfqanıstanın qanuni hökuməti hesab etmədiyimiz üçün onların təyin etdiyi diplomatları Almaniyaya akkreditasiya etməyəcəyik", deyə Almaniya Xarici İşlər Nazirliyi bildirib.

Aydın

Seçilən
26
8
qaynarinfo.az

9Mənbələr