AZ

Rebekka Tissen: Həssas ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün təklif olunan maliyyə dəstəyi məbləği ilə razılaşmayıb

"Həssas ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün təklif olunan maliyyə dəstəyi məbləği ilə razılaşmadığı üçün müzakirələrin aparıldığı otağı tərk etdilər".

APA xəbər verir ki, bunu jurnalistlərə iqlim dəyişikliyi məsələsi üzrə hüquq müdafiəçisi Rebekka Tissen jurnalistlərə bildirib.

O analoji kateqoriyadan olan bəzi ölkələrin bu problemə həssas münasibət sərgiləmədiyindən təəssüflənib:

"Onlar dedi ki, biz mətnlə ümumiyyətlə razılaşmaq fikrində deyilik. Bunu ötən gündən bildiyimizə görə dəfələrlə soruşduq ki, bu mövqe bir zarafatdır, ya yox? İqlim dəyişikliyi məsələsinə diqqətlə yanaşılmır. Halbuki bütün tərəflər buna çox həssas bir münasibət sərgiləməlidir. Lakin biz mətnin hazırkı versiyasında bunu görmədik. Ona görə də biz də otaqdan çıxdıq".

Seçilən
25
apa.az

1Mənbələr